Mobil versiya
YAP LƏNKƏRAN ŞƏHƏR TƏŞKİLATININ X KONFRANSI
Tarix: 05-10-2017 | Saat: 15:51
Bölmə:Gündəm | çapa göndər

YAP LƏNKƏRAN ŞƏHƏR TƏŞKİLATININ X KONFRANSI




Oktyabrın 5-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində YAP Lənkəran Şəhər Təşkilatının X konfransı keçirilib.
Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lənkəran Şəhər Təşkilatı İdarə Heyətinin üzvləri və qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri qoyublar.
Sonra konfrans Heydər Əliyev Mərkəzində işə başlayıb.
YAP-ın banisi, Ümummilli Lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın sədri Lənkəran ŞİH-nin başçısı, YAP Lənkəran Şəhər Təşkilatı idarə heyətinin üzvü Taleh Qaraşov konfransı açaraq bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.


Sonra YAP Lənkəran Şəhər Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayevin şəhər təşkilatının IX konfransından ötən müddət ərzində görülmüş işlər barədə məruzəsi dinlənilib.
Məruzə ətrafında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək fikir və rəylərini bildirib, YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar.
Konfransda təşkilatı məsələyə baxılıb, Möhübbət Hacıbaba oğlu Babayev YAP Lənkəran Şəhər Təşkilatının sədri, Elnur Həsənəli oğlu Hüseynov sədrin müavini, İdarə Heyətinin üzvü seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024