Mobil versiya
Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı"
Tarix: 04-10-2017 | Saat: 19:37
Bölmə:Media | çapa göndər

Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı"



Türkiyənin Gaziantep şəhərində yaşayan 25 yaşlı oğlan dələduzluqla bağlı polisə şikayət edib. M.K. internetdə tanış olduğu, heç üzünü belə görmədiyi 23 yaşlı "sevgilisi" Özlem S.G.-ni polisə verib. Oğlan şikayətində bildirib ki, sosial şəbəkədə tanış olub, yazışdığı Özlem onu aldadaraq soyub. Belə ki, qız bir müddət yazışdıqdan sonra əvvəlcə oğlana telefon almaq istədiyini, bunun üçün pulunun çatmadığını söyləyib, oğlan isə ona 2 min lirə (təxminən 1000 manat) göndərib. Qız daha sonra oğlanın saflığından istifadə edib və onu əri kimi gördüyünü söyləyib və yalanlarla onun xeyli pulunu alıb. Özlem pulları bank vasitəsi ilə götürdükdən sonra nömrəsini dəyişib, hesabını bağlayıb.

Polisə şikayət edən M.K bildirib ki, o, tanımadığı, üzünü görmədiyi qız üçün avtomobilini satıb, ona ümumilikdə 35 min lirə (təxminən 17 min manat) göndərib.

Qeyd edək ki, M.K-ya Hatay dövlət xəstəxanasında tibb bacısı işlədiyini söyləyib, iyun ayından bəri onu "bişirən" Özlemin başqa bir nəfəri də aldatdığı məlum olub. Milli.Az "Hürriyet"ə istinadla xəbər verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024