Mobil versiya
Alimlər: Çox dil bilmək beyin xəstəlikləri riskini azaldır
Tarix: 04-10-2017 | Saat: 19:34
Bölmə:Media | çapa göndər

Alimlər: Çox dil bilmək beyin xəstəlikləri riskini azaldır


Son araşdırmalardan məlum olub ki, birdən artıq dildə danışmaq bir sıra beyin xəstəlikləri riskini azaldır. Hindistanda aparılan tədqiqatda 240-ı alzheymer xəstəsi olmaqla, 66 yaşlı 650 nəfər iştirak edib. İştirakçılardan 391 nəfəri 2 və ya daha artıq dildə danışan insanlar olub. Alimlər müəyyən ediblər ki, bu insanlarda alzheymer xəstəliyi 1 dildə danışanlarla müqayisədə daha gec, 4.5 il sonra başlayır. Təhsil səviyyəsinin araşdırmaların nəticələrinə təsiri olmayıb.
Tədqiqatın həmmüəllifi Tomas Bakın dediyinə görə, müxtəlif dillərdə danışan insanların beyinləri sözlər və ifadələr arasında seçim etməyə məcbur olur. O, beynin konsentrasiyasının beyin xəstəliklərinə meyilliyi azaltdığını bildirir.

Alimlər müəyyən edib ki, 2-dən artıq dildə danışmağın müsbət nəticəsi olmayıb. Araşdırmalar həm də hallusinasiya ilə müşayiət edilən Levi demensiya proqressiv beyin xəstəliyinin başlama prosesini gecikdirmədiyini göstərib. Tomas Bakın dediyinə görə, dillərin hansı yaşda öyrənildiyi əhəmiyyət kəsb etmir. O bildirir ki, dil öyrənilməsinin yaşdan asılı olmayaraq faydası böyükdür. İkidilliliyin demensiyaları gecikdirməsi hətta savadsız insanlarda da müşahidə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024