Mobil versiya
Əbülfəs Qarayev müəllimləri təbrik etdi
Tarix: 04-10-2017 | Saat: 19:15
Bölmə:Təhsil | çapa göndər

Əbülfəs Qarayev müəllimləri təbrik etdi



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət və turizm təhsili müəssisələrinin professor-müəllim heyətini 5 oktyabr - Beynəlxalq müəllimlər günü münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur ki, bu gün Mədəniyyət və Turizm Nazirliyi sistemində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi, o cümlədən 212 uşaq musiqi, incəsənət, rəssamlıq, muğam məktəb və mərkəzləri fəaliyyət göstərir. Mədəniyyət və turizm sahələrinin gələcək inkişafı müvafiq təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətindən çox asılıdır: “Fərəhli haldır ki, şagird və tələbələrimiz təhsildə böyük uğurlar əldə edir, müsabiqə və festivallarda yüksək nəticələr göstərir, eyni zamanda xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Bütün bu nailiyyətlər hörmətli müəllimlərimizin fədakar əməyinin nəticəsidir”.

Daha sonra bildirilir ki, mədəniyyət sahəsində təhsil olduqca böyük əhəmiyyətə malikdir və peşə vərdişləri verməklə yanaşı, insanın mənəvi keyfiyyətlərinin formalaşmasına, onun hərtərəfli inkişafına xidmət edir: “Bu bayram günündə gələcəkdə mədəniyyət və turizm sahəsinə xidmət edəcək mütəxəssisləri - musiqiçiləri, rəqqasları, rəssamları, balet artistlərini, vokalçıları, xanəndələri, turizm işçilərini hazırlayan müəllimlərə öz dərin minnətdarlığımı bildirirəm”.

Təbrikin sonunda Əbülfəs Qarayev mədəniyyət və turizm təhsili müəssisələrinin müəllimlərini əlamətdar gün münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024