Mobil versiya
Parlament prezidentin etirazını qəbul edib - Yenilənib
Tarix: 02-10-2017 | Saat: 17:39
Bölmə:Siyasət / Manşet | çapa göndər

Parlament prezidentin etirazını qəbul edib - Yenilənib



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırldadıb ki, bu məsələyə komitə iclasında baxılıb.

AzVision.az-ın məlumatına görə, Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyəsi məqsədəuyğun hesab edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Layihədə etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub.

Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.

**

Milli Məclis bu gün keçirilən plenar iclasında 2017-ci il iyunun 13-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa Prezidentin etirazı haqqında qərar layihəsinə baxılacaq.

AzVision.az xəbər verir ki, dövlət başçının etirazına səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları) daxildir.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçirilən iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024