Mobil versiya
Aşuradakı görüntü ilə bağlı həyəcan təbili ÇALINDI
Tarix: 2-10-2017, 16:05 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet | çapa göndər

Aşuradakı görüntü ilə bağlı həyəcan təbili ÇALINDI



Dünən Azərbaycanın bölgələrində Aşura günü qeyd olunub. Şiə müsəlmanları həmin günü Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qətlə yetirildiyi gün kimi qeyd edir.

Aşura günü diqqət çəkən məqam bəzi məscidlərdə qara çadraya bürünmüş azyaşlıların olması idi.
Şəkillərdən göründüyü kimi, hətta ağzında əmzik olan körpə qız uşağı da mərasimə gətirilmişdi.

Hətta, körpələrin geyimlərinə diqqət edəndə qara çadranın əyinlərinə biçilərək hazırlanması nəzərə çarpır. Bu da o deməkdir ki, azyaşlılar artıq gündəlik həyatda qara çadradan istifadə edirlər.

Bu isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub. Buna haqq qazandıranlar da var, tənqid edənlər. Lakin müşahidələr onu deməyə əsas verir ki, azyaşlı uşaqların dini təbliğat vasitəsinə çevrilməsini həzm edə bilməyənlər daha çoxdur.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılModern.az-a açıqlamasında məsələnin çox ciddi olduğunu deyib.
"Bu, çox böyük təhlükədir. O dərəcədə böyük təhlükədir ki, birbaşa Konstitusiyaya qarşı yönəlib. Ağzında əmzik olan körpələr qara çadraya bürünüb. Bunu qəbul edən kütlə sabah ölkədə şəriət cəmiyyətinin qurulmasını tələb edəcək. Şəriət dövlətinin qurulması konstitusion quruluşun dəyişməsi deməkdir.
Yəni, İranda quruluş necədirsə, bizdə də o cür olacaq. Təhlükənin bir tərəfi də bəzi insanların ildə bir-iki dəfə üzə çıxmasıdır. Dünən küçədə qarşılaşdığımız adam sabah əlində zəncir sinə vurursa, qan tökürsə, müəyyən kəlmələri deyirsə, bu, gec partlayan minaya bənzəyir. Amma bir gün sakit görünən bomba bir gün mütləq partlayacaq.

Bu məsələ ilə bağlı təhlükəsizliyimiz yaxşı aparılmır. Əlbəttə, bunu doğuran səbəblər haqsızlıq, ədalətsizlikdir. Çünki belə hallar insanları çox vaxt dinə meylləndirir. Dində isə bu cür insanları radikal cərəyanlara, terrora sürükləyirlər. Ona görə də ağzı əmzikli körpələrin qara çadraya bürünərək cəmiyyətə atılması mövcud təhlükənin şaxələnmiş formasıdır”.

Ekspert deyir ki, bu cür məsələlərdə məsuliyyət daşıyan qurumlar ayıq-sayıq olmalıdırlar.
"Bu məsələdə Dini Qurumlar üzrə Dövlət Komitəsi maarifləndirici iş aparmalıdır. Paralel şəkildə isə inzibati işlər görülməlidir. Təkcə maarifləndirmə ilə iş bitmir.
Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də din siyasətə qarışanda çox kiçilir. Halbuki, din insanların ürəyində olmalıdır. Radikallığa qarşı isə Dövlət Təhlükəsizliyi Xidməti mübarizə aparmalıdır. Bütövlükdə isə dövlətin bununla bağlı fundamental siyasəti olmalıdır. Bu elə məsələdir ki, heç cür geri çəkilmək olmaz. Fikir vermisinizsə, dindarlar bir şey olmamış çarşabı ortaya atırlar. Haqsızlığa, ədalətsizliyə qarşı mübarizə yoxdur. Amma bir hadisə olan kimi "ölərik, çadranı əldən vermərik” deyirlər. Halbuki, çadra gerilikdən başqa bir şey deyil. Bu cür məsələlərə sıradan hal kimi yanaşmaq olmaz”.

AİA.az



5317 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930