Mobil versiya
Millimizin liberosu qadın voleybolu üzrə Avropa çempionatının rəmzi yığmasında yer alıb
Tarix: 02-10-2017 | Saat: 09:43
Bölmə:İdman / Manşet | çapa göndər

Millimizin liberosu qadın voleybolu üzrə Avropa çempionatının rəmzi yığmasında yer alıb


Qadın voleybolu üzrə Bakıda keçirilən Avropa çempionatının rəmzi yığması açıqlanıb.

AİA.az-ın Avropa Voleybol Konfederasiyasının (CEV) saytına istinadən verdiyi məlumata əsasən, müxtəlif oyunçulardan qurulmuş simvolik yığmada Azərbaycan millisinin üzvü də yer alıb.

Çempionatın ən yaxşı liberosu millimizin voleybolçusu Valeriya Məmmədova seçilib. Ən yaxşı hücumçular Brankiça Mixayloviç (Serbiya), Löneke Slotyes və Anne Bayiş (hər ikisi Hollandiya), blokçular Eda Dündar (Türkiyə), Stefana Velyikoviç (Serbiya), toppaylayıcı isə Laura Diykema (Hollandiya) olub.

Qadın voleybolu üzrə Avropa çempionatının yekun nəticələri:

1-ci yer: Serbiya

2-ci yer: Hollandiya

3-cü yer: Türkiyə

4-cü yer: Azərbaycan

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024