Mobil versiya
Binəqədi şossesində yağıntılardan sonra yaranan problemlər nə vaxt bitəcək?
Tarix: 30-09-2017 | Saat: 13:22
Bölmə:Gündəm / Aia TV | çapa göndər

Binəqədi şossesində yağıntılardan sonra yaranan problemlər nə vaxt bitəcək?







"Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi xəbər saytlarında Binəqədi şossesində guya təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığı, yolun təmirinə ayrılan pulun mənimsənildiyi, aidiyyəti qurumların vətəndaşları aldatdığı və onların bu problemi üçün heç bir iş görmədiyi üçün yağışlardan sonra yenə həmin yolda problemin yaranması kimi məlumatlar yayılır. Bildirmək istəyirik ki, deyilənlər heç bir həqiqəti əks etdirmir".

Milli.Az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.


Qurumun sözçüsü qeyd edib ki, həmin yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı "Azəravtoyol" və "Azərsu" ASC-lər tərəfindən işlər aparılıb, aidiyyati qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb: "Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri aparılır. Yəni o yolda səth sularının kənarlaşdırılması üçün sistem ümumiyyətlə olmayıb və yeni yaradılan sistemin qurulması üçün işlər yekunlaşmayıb. Bu işlər yaxın günlərdə yekunlaşdırılacaq".


A.Nəcəflinin sözlərinə görə, qeyd edilən işlər yekunlaşdırılmadan yolun təmirindən söhbət gedə bilməz: "Yalnız bundan sonra o yol əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə veriləcək və bundan sonra Binəqədi şossesində intensiv yağıntılar nəticəsində yaranan problemlərin tam olaraq aradan qalxacağı gözlənilir.


"Azəravtoyol" ASC və "Azərsu" ASC, Binəqədi rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar Binəqədi şossesində yaranan problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışırlar. Yaxın müddətdə bu işin nəticəsini əyani olaraq görmək mümkün olacaq".

Yusif Nəsirli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024