Mobil versiya
Qurban Qurbanov: Ağır oyun oldu
Tarix: 28-09-2017 | Saat: 11:40
Bölmə:İdman / Manşet | çapa göndər

Qurban Qurbanov: Ağır oyun oldu


Rəqib layiqli qələbə qazandı.

Trend-in məlumatına görə, bunu Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyununu şərh edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, ağır oyun oldu: "Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik".

Q.Qurbanov rəqibin layiqli qələbə qazandığını qeyd edib: "Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024