Mobil versiya
Yol polisi Arif Alışanovla bağlı xəbərə aydınlıq gətirmədi: “Açıqlaya bilmərik”
Tarix: 27-09-2017, 16:43 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Yol polisi Arif Alışanovla bağlı xəbərə aydınlıq gətirmədi: “Açıqlaya bilmərik”


Bu gün yayılan məlumata görə, AzTV sdəri Arif Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada protokollar tərtib olunub. Bu protokollar üzrə 7200 manatlıq ödənilməyən cərimə olduğu üçün maşının yol polisi əməkdaşları tərəfindən saxlanılaraq ,cərimə meydançasına aparıldığı bildirilir.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Modern.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Sədrin avtomobili cərimə meydançasına aparılmayıb. Bu, növbəti dezinformasiyadır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, məlumat doğru olub-olmamasından asılı olmayaraq, məxfi saxlanılır:
“İstər hüquqi, istər fiziki şəxsə, yaxud hansısa dövlət və ya hüquqi təşkilata məxsus avtomobillərlə bağlı bütün məlumatlar yalnız qarşı tərəfin razılığı əsasında ictimailəşdirilə bilər. Qalan digər hallarda, biz məlumatları ictimaiyyətə açıqlaya bilmərik”.

AİA.az



5324 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930