Mobil versiya
Müğənnilər ATV-də sənətçilərə qoyulan qadağadan DANIŞDILAR
Tarix: 27-09-2017 | Saat: 16:41
Bölmə:Dünya / Karusel | çapa göndər

Müğənnilər ATV-də sənətçilərə qoyulan qadağadan DANIŞDILAR



ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlının bəzi sənətçilərə efirdə qadağası qoyduğu barədə məlumatlar tirajlanıb.
Modern.az saytı bəzi KİV-lərdə dərc olunmuş xəbərlə əlaqədar bir neçə sənətçiyə sorğu ünvanlayıb.

Əməkdar artist Elza Seyidcahan bu haqda danışmağın doğru olmadığını dilə gətirib.

“Mənə ATV-də Vüqar Qaradağlı tərəfindən heç bir qadağa qoyulmayıb. İndi durub gedənin ardınca danışmağın da yeri yoxdur. Bu, yıxılana balta vurmağa bənzəyəcək. Əgər ATV-də Vüqar Qaradağlı tərəfindən kimlərəsə “zapret” qoyulmuşdusa, bunu zamanında demək lazım idi. Başqa nəsə demək istəmirəm”.

Müğənni Xatirə İslam isə nə baş verdiyindən xəbərsiz olduğunu deyib.
“Vallah bilmirəm ki, ATV-yə nə etmişəm. İl yarımdır ki, məni efirlərinə dəvət etmirlər. Səbəbini də anlamıram. Düzü, məndən pul istəməyiblər. Nə baş verdiyindən il yarımdır ki, xəbərsizəm”.


Müğənni Əli Mirəliyev ATV-də ona hər hansı qadağanın olmadığını deyib.

“Mənim adımı kim siyahıya salıb? Mənə ATV-də heç kim qadağa qoymayıb. Əvvəla, Vüqar Qaradağlının atası Aydın Qaradağlı ilə əvvəldən dost olmuşam. Ona görə də hər dəfə ATV-yə gedəndə Vüqar Qaradağlı məni xoş üzlə qarşılayıb. Amma aparıcı Nanənin verilişində bəzi özündən müştəbehlər var ki, mənim “Nanəli” verilişində iştirakımı əngəlləmişdilər. Ola bilsin ki, bununla bağlı ATV rəhbərliyində kiminsə xəbəri olub. Amma Vüqar Qaradağlı heç vaxt mənə qadağa qoya bilməzdi”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə