Mobil versiya
Banqladeş sərhədini keçməyə çalışan 102 müsəlman qaçqın çayda batdı
Tarix: 13-09-2017, 20:35 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 | çapa göndər

Banqladeş sərhədini keçməyə çalışan 102 müsəlman qaçqın çayda batdı










Avqust ayının sonundan bu günə qədər Myanmarın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, onların hamısı Myanmar-Banqladeş sərhədindəki Naf çayında boğulublar.

Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.

Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.

Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən indiyədək ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

aia.az



5443 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031