Mobil versiya
“Lapşin intihara cəhd edib” - Əli Həsənov
Tarix: 11-09-2017 | Saat: 22:38
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

“Lapşin intihara cəhd edib” - Əli Həsənov









Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncamını şərh edıb.

Aia.az xəbər verir ki, o Azərtac-a açıqlamasında deyib ki, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.

Əli Həsənov onu da bildirib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu: “Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir”.

Əli Həsənov qeyd edib ki, prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur: “Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024