Mobil versiya
Azərbaycanda Polis Şöbəsinin saxlanma yerində İNTİHAR
Tarix: 07-09-2017 | Saat: 20:28
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanda Polis Şöbəsinin saxlanma yerində İNTİHAR








Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.

İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.

Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024