Mobil versiya
Sabah 16.06-da bizi gözləyən hadisə
Tarix: 31-08-2017, 21:49 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Karusel | çapa göndər

Sabah 16.06-da bizi gözləyən hadisə








Sabah Yerə yaxınlaşacaq Florens asteroidi Bakı vaxtı ilə 16.06-da Yerlə ən yaxın məsafədə olacaq.

Aia.Az Trend-ə istinadən bildirir ki, bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Florensin Yerə yaxınlaşan ən böyük asteroid olduğunu deyən X.Mikayılov qeyd edib ki, sabah 16.06-da həmin asteroidlə Yer arasındakı məsafə 7 milyon km olacaq.

Bunun çox böyük məsafə olduğunu açıqlayan direktor müavini qeyd edib ki, Florens Yerə cənub-şərq istiqamətindən başlayaraq yaxınlaşacaq, cənub-qərb istiqamətindən isə uzaqlaşacaq:

"Asteroid üfiqdən 30 dərəcə hündürlükdən - təxminən ekvator müstəvisindən yuxarıdan keçəcək. Asteroid keçən zaman hava işıqlı olacağından biz onun Yerə yaxınlaşma anını adi gözlə müşahidə edə bilməyəcəyik. Amma sentybarın 1-də axşam onun Yerdən uzaqlaşmasını 10-15 sm-lik teleskoplarla müşahidə etmək olar".

X.Mikayılov Florens asteroidinin yaxınlaşmasının Yer üçün heç bir təhlükə yaratmadığını da söyləyib.

aia.az



5360 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
26-02-2017, 14:46 Hava soyuyacaq



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031