Mobil versiya
Azərbaycanda körpələrə qiymətli metal və daş-qaş adı qoyuldu - SİYAHI
Tarix: 25-08-2017, 21:43 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Karusel | çapa göndər

Azərbaycanda körpələrə qiymətli metal və daş-qaş adı qoyuldu - SİYAHI









Azərbaycanda neçə körpəyə qiymətli metal və daş-qaş adı qoyulduğu məlum olub.

Aia.Az report-a istinadən xəbər verir ki, son beş ildə doğulan 3301 körpəyə İnci (mirvari mənasında) adı verilib.

Bu il ərzində isə artıq 434 körpəyə İnci adı qoyulub.

Bu il doğulan körpələrdən 3-nə Gümüş (son beş ildə 49), 7-nə Altun (son beş ildə 60), 2-nə Qızıl, 64-nə Zümrüd (son beş ildə 628), 1-nə Briliyant (son beş ildə 3), 22-nə Almaz (son beş ildə 226), 11-nə Mirvari (son beş ildə 120), 16 körpəyə Zinyət (son beş ildə 104) adı verilib.

Bundan əlavə, son beş ildə 62 körpəyə Qızılgül, 165-nə Yaqut, 714-nə Firuzə, 16 körpəyə Zinyət adı qoyulub.
Eyni zamanda siyahıda Zinyətxanım, Gümüşxan, Altunay, Altunər, Qızılşan, Qızılgül, Zümrüdxanım, İncinur, İncinaz, İncisu, Firuzənur, Firuzəxanım, Almazxan, Dəmir, Dəmirəl, Dəmirçi kimi adlar da yer alıb.

aia.az



5398 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30