Mobil versiya
“Qarabağ” bəyanat yaydı - Məhkəməyə verəcəklər
Tarix: 25-08-2017 | Saat: 21:26
Bölmə:İdman / Karusel | çapa göndər

“Qarabağ” bəyanat yaydı - Məhkəməyə verəcəklər










“Qarabağ” klubu loqodan istifadə ilə bağlı bəyanat yayıb.

Aia.az kluba istinadən xəbər verir ki, bəyanatda aşağıdakılar qeyd olunub:

““Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.

Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru “Azersun Holdinq”ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024