Mobil versiya
Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşib
Tarix: 24-08-2017 | Saat: 22:07
Bölmə:İdman / Aia TV | çapa göndər

Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşib







Avropada futbol üzrə 2016/17 mövsümünün mövqe üzrə ən yaxşı oyunçuları müəyyənləşib. Aia.Az apasport.az-a istinadən xəbər verir ki, Monakoda baş tutan tədbirdə ötən mövsümün ən güclü qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunun adı açıqlanıb.

Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib olub. Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının kapitanı Serxio Ramos layiq görülüb. "Kral klubu"nun digər oyunçusu Luka Modriç isə keçən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

Ən yaxşı hücumçu nominasiyasında da "Real"ın üzvü qalib olub. Belə ki, Kriştianu Ronaldu bütün rəqiblərini qabaqlayaraq, bu mükafata sahib çıxıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024