Mobil versiya
"Qarabağ"dan azarkeşlərə müraciət - Təhqir etməyin
Tarix: 24-08-2017 | Saat: 22:04
Bölmə:İdman / Karusel | çapa göndər

"Qarabağ"dan azarkeşlərə müraciət - Təhqir etməyin









"Qarabağ" klubu azarkeşlərinə səslənərək Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı rəqiblərin sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməyi xahiş edib.

Aia.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciətdə aşağıdakılar qeyd edilib:

"Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq.

Anlayışınız üçün təşəkkür edirik".

Xatırladaq ki, daha öncə "Şerif" klubu açıqlama yayaraq "Qarabağ" azarkeşlərinin onların səhifələrində təhqirlərə yol verməməsini xahiş etmişdi. "Kopenhagen" isə öz səhifəsinə Azərbaycandan girişi bağlamışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024