Mobil versiya
Türkiyədə ağır yol qəzası: 3 azərbaycanlı ölüb
Tarix: 15-08-2017 | Saat: 12:08
Bölmə:Cəmiyyət | çapa göndər

Türkiyədə ağır yol qəzası: 3 azərbaycanlı ölüb








Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib.

Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev report-a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.

Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər

Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvan MR sakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, qəzada ölənlərin ikisi Naxçıvan sakinidir.

Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər.

Ölən və yaralanan şəxslərin adları açıqlanmır.

Yol qəzası ötən gün axşam saatlarında baş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024