Mobil versiya
Nazirlik çaylardakı durum haqda açıqlama yaydı
Tarix: 15-08-2017 | Saat: 10:38
Bölmə:Karusel | çapa göndər

Nazirlik çaylardakı durum haqda açıqlama yaydı







Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aia.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 38 m3/s olmaqla ongünlük normanın 28 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 56.0 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 6 sm azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il avqustun 14-də 366 sm), Şirvanda 201 sm, Salyanda 130 sm (2016-cı il avqustun 14-də 145 sm), Bankədə 177 sm (2016-cı il avqustun 14-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 14-də 74 sm) təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024