Mobil versiya
“İdman Azərbaycan”dan 100 min manat tələb olunur
Tarix: 01-08-2017 | Saat: 20:37
Bölmə:Manşet | çapa göndər

“İdman Azərbaycan”dan 100 min manat tələb olunur








Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan “Şerif” – “Qarabağ” oyununu “İdman Azərbaycan” kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər.

Aia.az xəbər verir ki, Moldovada klubu Azərbaycan tərəfindən 100 min manat tələb edib.

Məlumatı saytımıza “İdman Azərbaycan”ın şərhçisi Siyavuş Əliyev də təsdiqləyib: “Hələ ki, yenilik yoxdur. İndiki halda oyunun canlı yayımlanması real görünmür”.

Məlumat üçün bildirək ki, canlı yayımla bağlı problem Moldova tərəfindən qaynaqlanır. "Qarabağ" isə hələ də qarşı tərəflə danışıqları davam etdirir.

Digər tərəfdən maraqlı məqam odur ki, Moldovada oyunu yayımlayacaq kanal matçı HD keyfiyyətdə təqdim edə bilməyəcək.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024