Mobil versiya
Uşağına bu adı verənə 10 min dollar mükafat
Tarix: 24-07-2017 | Saat: 15:47
Bölmə:Media / Karusel | çapa göndər

Uşağına bu adı verənə 10 min dollar mükafat







Menyusuna qatdığı yeni bir məhsulu tanıtmaq üçün maraqlı bir reklam kampaniyası başladan restoran şəbəkəsi hər kəsdə maraq doğurub.
Aia.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ daxilində 159 şöbəsi olan "BJ'S Restaurant & Brewhouse" adlı restoranlar şəbəkəsi marketinq strategiyası üzrə maraqlı bir üsula əl atıb.
Menyusuna 'quinoa' ​​adlı bir yeməyi əlavə edən restoran bu adı uşağına verən ilk ailəyə 10 min dollar dəyərində hədiyyə çeki verəcəyini bildirib.
Qazanan adamın təyin olunması üçün rəsmi sənədləri tələb edən şirkət, doğum şəhadətnaməsini əldə etdikdən sonra mükafatı 'quinoa' ​​adını alan uşağın ailəsinə təslim edəcək.
Sosial mediada da bənzər bir kampaniya başladan şirkət, platformadakı adlarını 'quinoa' ​​olaraq dəyişdirən istifadəçilərə isə 10 dollar hədiyyə çeki verəcəyini açıqlayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024