Mobil versiya
Benzin bahalaşdı, amma QİYMƏTLƏR ARTMAYACAQ
Tarix: 16-07-2017 | Saat: 14:04
Bölmə:Karusel | çapa göndər

Benzin bahalaşdı, amma QİYMƏTLƏR ARTMAYACAQ






Bunun çox adi səbəbləri var.
Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Olayla bağlı rəsmi açıqlama məlumdur.

Həmin açıqlamada deyilir: "Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Qeyd edək ki, tarif dəyişikliyindən sonra da "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir".

Sosial şəbəkələrdə gərgin müzakirələr gedir və həmin diskussiyaların da məğzi, yəni leytmotivi belədir: "Benzin bahalaşdı, deməli, ölkədə bütün məhsulların və xidmətlərin qiymətləri artacaq".

Daha konkret olsaq, "Bahalaşma qaçılmazdır!" fikri imperativ kimi səslənir, heç bir etiraz da qəbul olunmur.

Həmişə olduğu kimi, hakimiyyətə əks tərəfdə, "qarşı səngər"də durduqlarını deyənlər xüsusilə aktivdirlər.

Fəqət, belədirmi?

Yox və bunun da sadə səbəbləri var.

Əvvəla, "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur.

Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, Aİ-92 markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb:

"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir.

Hava nəqliyyatına gəlincə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır.

Gələk taksi sürücülərinin narahatlığına.

Taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizellə deyil, benzinlə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək.

Bazarlar "od tutub yanacaq"?

Yox, çünki kənd təsərrüfatında, kənd təsərrüfatı məhsullarının daşınmasında Aİ-92 markalı benzin istifadə olunmadığına görə bu sahədə qiymət dəyişikliyi baş verməyəcək.

İstənilən məhsullarda hər hansı qiymət artımına yol verənlər və vəziyyətdən sui-istifadə edənlərə qarşı müvafiq cəza tədbirləri görüləcək.

Aİ-92-nin qiymətinin qalxması yalnız fərdi avtomobilə malik olan şəxslərə təsir edəcək. Bu da həmin şəxslərin daha qənaətcil olmasını, nəqliyyat sıxlığının qismən aradan qalxmasını şərtləndirəcək.

Yəni ictimai nəqliyyatdan istifadə edənlərin sayı artacaq.

Və ən son olaraq - digər ölkələrdə həmin markalı benzinin qiyməti Azərbaycandakı yeni qiymətlərlə müqayisədə bahadır. Məsələn, Aİ-92 Gürcüstanda 0,86 dollar, Rusiyada 0,61 dollar, Belarusda 0,59 dollar, Ukraynada 0,98 dollar, Avropa ölkələrində isə daha yüksəkdir.

Bunu görmək üçün internetdə səthi axtarış aparmaq yetər.

... Dünya bazarlarında laübə, böhran davam edir. Belə şəraitdə Azərbayanın təcrid olunmuş ada, mifik Hiperborye təki bütün problemlərdən kənarda qalan məkan olacağını düşünənlər ya yanılan sadəlövhlərdir, ya da tam əksinə, situasiyadan öz marginal məqsədləri üçün istifadə edərək çirkli suda çömçəquyruq arayan "əbədi müxalifət"çilər.

O kəslər ki, ölkənin üzləşdiyi istənilən problemi fərdlərə az qala məşhər kimi təqdim edirlər.

Onlar fərdlərin maraqlarını yox, öz mənafelərini güdənlərdir və bu da bir gerçəkdir.

Elçin Alıoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024