Mobil versiya
"Onlar İspaniya futbolunun gələcəyidirlər"
Tarix: 14-07-2017 | Saat: 13:13
Bölmə:İdman | çapa göndər

"Onlar İspaniya futbolunun gələcəyidirlər"








"Real" və İspaniya millisinin sabiq baş məşqçisi Visente Del Boske Xames Rodriqezin "Bayern Munich"ə icarəyə verilməsinə münasibət bildirib.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis komandada daxilində ciddi rəqabətin bəzən ziyanlı olduğunu qeyd edib.

"Xamesin gedişi klubun öz işidir. Bu barədə çox danışmaq istəmirəm. Baş məşqçinin ixtiyarında həddən artıq çox futbolçu olmamalıdır. Əks halda, rəqabət xeyirdən çox zərər gətirəcək. Sebalyos və Asensio güclü futbolçulardır. Onlar İspaniya futbolunun gələcəyidir. Avropa çempionatına Asensionu da aparmaq istəyirdik. Bəlkə də, onu heyətə daxil etmək üçün cəsarətimiz çatışmadı. "Real"ın tələbləri dəyişməyib. Klub bütün turnirlərdə qalib gəlmək və ən yaxşı ispan futbolçulara malik olmaq prinsipinə əməl edir. Gənclər özlərini yaxşı tərəfdən göstərirlər. Dünya ulduzları və gənclər arasında balans yaratmaq lazımdır".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024