Mobil versiya
WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı: 50 nəfər saxlanıldı
Tarix: 13-07-2017 | Saat: 12:46
Bölmə:Şou-biznes | çapa göndər

WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı: 50 nəfər saxlanıldı








WhatsApp vasitəsi ilə uşaq istismarını özündə əks etdirən görüntülər yaydıqları təsbit edilən bir qrup şəxsin nəzarətə alındığı açıqlanıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Baş Təhlükəsizlik İdarəsi tərəfindən edilən yazılı açıqlamada, Ameripol və İnterpol təşkilatlarının iş birliyi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı WhatsApp-da uşaq pornosu paylaşan beynəlxalq virtual qrupa böyük zərbə endirildiyi qeyd edilib.

Əməliyyat zamanı İspaniyada 11, Kolumbiyada 7, Boliviyada 7, Braziliyada 3, Çilidə 4, Kosta Rikada 3, Dominikan Respublikasında 2, Qvatemalada 2, Meksikada 2 , Paraqvayda 2, Venesuelada 2, Uruqvayda 2, Panamada 1, Nikaraquada 1 və İtaliyada 1 olmaqla 15 ölkədən ümumilikdə 50 nəfər saxlanılıb.

Təhməz Təkin



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024