Mobil versiya
188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb - AZƏRBAYCANDA
Tarix: 12-07-2017 | Saat: 16:58
Bölmə:Səhiyyə | çapa göndər

188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb - AZƏRBAYCANDA


2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb.

AİA.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib.

O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.

A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb.

O qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə