Mobil versiya
"Novruzəli Orucovun işdən çıxarılması məmurlara ciddi xəbərdarlıqdır"
Tarix: 12-07-2017 | Saat: 16:29
Bölmə:Siyasət | çapa göndər

"Novruzəli Orucovun işdən çıxarılması məmurlara ciddi xəbərdarlıqdır"


“Məmurun ailə üzvlərinin davranışı cəmiyyətin diqqət mərkəzindədir. Hesab edirəm ki, cəmiyyətdə yüksək post tutan hər bir kəs təkcə öz fəaliyyəti, davranışı ilə yox, ailə üzvlərinin də təvazökarlığı, qanunlara hörmətlə yanaşmalarına görə başqlarına nümunə olmalıdır”.

Bu AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə deyib ki, digər hallarda dövlət sarsıla, cəmiyyətin ona inamı azala bilər: “Cənab prezidentin vaxtaşırı məmurları təvazökar olmağa, dövlətin və xalqın etimadını doğrultmağa çağırması, yerində edilən və tamamilə doğru çağırışdır. Bu məsələdə cənab prezidentin özü artıq on illərdir ki, cəmiyyətə gözəl bir nümunə göstərir. Ölkə başçısının ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovu vəzifəsindən azad etməsi tək ona deyil, bu gün yüksək post tutan hər bir kəsə ciddi xəbərdarlıqdır. Hər bir kəs ailə üzvlərinin hərəkətinə məsul olmalı, onları cəmiyyətə nümunə olmağa çağırmalıdır”.

A.Mirzəzadə vurğulayıb ki, ölkə başçısının bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunması bir daha göstərir ki, cəmiyyət hər bir məmurdan cənəb prezidentin göstərdiyi nümunəni görmək istəyir: “Hər bir məmur öz fəaliyyəti, ailə üzvlərinin davranışı ilə ona göstərilən etimadı doğrultmalıdır. Əks halda verilən cəza qaçılmaz olacaq və onun yerini daha layiqli şəxs tutacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında məmurların davranış qaydalarına əməl etməsi məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər.

Prezident, həmçinin xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, bu məsələdə heç kimə güzəş olunmayacaq və bundan hamı nəticə çıxarmalıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə