Mobil versiya
Xalq artistinin oğlu adam vurdu
Tarix: 12-07-2017 | Saat: 11:50
Bölmə:Dünya / Karusel | çapa göndər

Xalq artistinin oğlu adam vurdu



Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan xoşagəlməz hadisə ilə üzləşib.

AİA.Az xəbər verir ki, bir sıra teleseriallarda canlandırdığı obrazlarla məşhurlaşan Cavidan Novruzov yeniçağ-a açıqlamasında iştirakçısı olduğu insidentə belə aydınlıq gətirib: "Vicdan haqqı" serialında canlandırdığım Əbdül rolunun badına gedəcəkdim. Hələ də anlaya bilmirəm, bu insanlar niyə elə bilirlər ki, serialda baş verənlər həyatda da yaşanır.

Bir ayın söhbətidir, şəhərdə gedirdim, iki-üç oğlan mənə söz atdı ki, belə vurub-yıxan oğlansan, get bacını axtar. Çaşıb qaldım ki, bu, nə deyir? Yenidən qayıtdı ki, get bacın Dilarəni axtar, tap. Söz xoşuma gəlmədi, dedim, ə, sən kimə deyirsən? Cavab vermədi, başladı gülməyə. Üstünə yeriyib, əl atdım boynuna. Əlbəyaxa olduq, dava düşdü, uşaqlar aralaşdırdılar.

Amma onları otuzdurdum yerlərində. Adamın real həyatla serialı qarışdırması xoşuma gəlmədi. Ən azı, sözü başqa cür də demək olardı".

Qeyd edək ki, Cavidan Novruzov "Vicdan haqqı" serialında Əbdül orazını canlandırır. Serialda "vurub-yıxan oğlan" kimi tanınan Əbdül baş qəhrəman olan Dilarənin qardaşıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024