Mobil versiya
Avropa Oyunlarının qalibləri ilə görüş (FOTO)
Tarix: 27-06-2015 | Saat: 17:17
Bölmə:Gündəm / Karusel | çapa göndər


Tədbirdə Azərbaycan idmançılarının ilk Avropa Oyunlarında əldə etdikləri nailiyyətlər barədə danışılıb.
Milli Olimpiya Komitəsində (MOK) birinci Avropa Oyunları yarışlarında medal qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

ANS PRESS-in məlumatına görə,görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionları Elnur Məmmədli və Lyudmila Şubina, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan idmançılarının ilk Avropa Oyunlarında əldə etdikləri nailiyyətlər barədə danışılıb. Qeyd olunub ki, Avropa Oyunlarının 15-ci günü də idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. Onlar iyunun 26-da - Azərbaycanın Silahlı Qüvvələr Günündə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq xalqımıza ikiqat sevinc bəxş ediblər. Hesabına 5 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 52-yə çatıb. Azərbaycan 18 qızıl, 14 gümüş və 20 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub. Belə böyük idman yarışmasının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə və "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Ç.Hüseynzadə vurğulayıb ki, ilm Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazılacaq. "Hər gün Avropadan gələn qonaqlarla söhbət edirik. "Bakı-2015" haqqında onlardan ancaq xoş sözlər eşidirik. Sabah birinci Avropa Oyunlarının bağlanış mərasiminə toplaşacağıq. İnanıram ki, açılış mərasimi kimi, bağlanış mərasimi də dünyanı heyran edəcək", - deyə Ç.Hüseynzadə bildirib.

O qyed edib ki, dünən ən fərəhli hadisələrdən biri baş verdi: "Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev yenidən öz gücünü bütün dünyaya nümayiş etdirdi və birinci Avropa Oyunlarının çempionu oldu. Prezident İlham Əliyev ona qızıl medalı təqdim edəndə həyəcanlı dəqiqələr yaşandı. Gözünün işığını Qarabağda – torpaqlarımızın müdafiəsi uğrunda itirən İlham Zəkiyev dünən möhkəm iradəsi olduğunu bir daha göstərdi. O, sübut etdi ki, heç vaxt məğlub olmur, həyatda da, idmanda da qalibdir".

Sonra birinci Avropa Oyunlarının mükafatçıları İlham Zəkiyev, Elvin Məmişzadə, Kollazo Sotomayor, Səbinə Abdullayeva və Zakir Müslümova MOK-un hədiyyələri təqdim olunub.







Avropa Oyunlarının qalibləri ilə görüş (FOTO)







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024