Mobil versiya
Azərbaycanda camışçılıq niyə zəifləyir...
Tarix: 10-07-2017 | Saat: 15:21
Bölmə:Media | çapa göndər

Azərbaycanda camışçılıq niyə zəifləyir...



Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun tərkib hissəsi kimi önəmli paya malikdir. İllər əvvəl Azərbaycanda kənd təsərrüfatında camışçılıq geniş yayılmış, Kür-Araz vaidləri, Qazax-Qarabağ düzləri camışçılıq təsərrüfatlarının məskəninə çevrilmişdi.
Rəsmi statistika Azərbaycanda camışların baş sayının azaldığını göstərir. Belə ki, görə, 1968-ci ildə Azərbaycanda 425, 8 baş, 1969-cu ildə 403, 8 baş, 2004-cü ildə 308,6 baş, 2005-ci ildə 302, 8 baş, 2006-cı ildə 298, 9 baş, 2009-cu ildə 282, 7 baş, 2010-cu ildə 277, 1 baş, 2011-ci ildə 269, 4 baş, 2012-ci ildə 265, 9 baş, 2013-cü ildə 260, 9 baş, 2014-cü ildə 257, 7 baş, 2015-ci ildə 234, 4 min baş camış olub.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Modern.az-a deyib ki, hazırda Azərbaycanda 214 min 224 baş camış var. Nazirlik rəsmisi deyib ki, camışların baş sayının azalması narahatlıq doğuran məqam deyil:

“Heyvanın sayının az və ya çox olması böyük əhəmiyyət kəsb etmir. Əhəmiyyətli olan heyvanın istehsal etdiyi məhsulun həcmidir. Baş sayının azalmasına baxmayaraq, 2016-cı illə müqayisədə bu il camışçılıq təsərrüfatlarında süd məhsullarının istehsalında 1, 6 faiz artım var. Hazırda 33 intensiv tipli təsərrüfatda təqribən 27 min qaramal saxlanılır. Təsərrüfatda bir gündə 250 ton süd istehsal olunur. Bütün respublikada istehsal olunan südün təqribən 4-5 faizi bu təsərrüfatların payına düşür. Bizim məqsədimiz bundan istifadə edərək təcrübənin genişləndirilməsidir. Məsəl var, sayı çox sanbalı yox. Məhsuldarlığı az olan heyvanın baş sayının artırılmasının əhəmiyyəti yoxdur. Ona görə də biz məhsuldarlığın artırılmasına çalışırıq. Burada heyvanın baş sayı əsas götürülmür. Əsas heyvandarlıq məhsullarının istehsalının yüksək olmasıdır”.

Q.Əbdüləliyev bildirib ki, camışçılığın inkişafı üçün sərbəst sahə və su hövəzlərinin olması vacibdir:

“Camışçılıq təsərrüfatlarının özünəməxsus xüsusiyyətləri var. Camışların qaramaldan fərqli olaraq saxlanması üçün sərbəst yer və su hövzələrinin çox olduğu ərazilər tələb olunur. Ona görə də fermerlərin hansı yerlərdə nə qədər camış saxlamağı öz seçimlərindəna asılıdır. Amma onu da bildirim ki, camışçılıq təsərrüfatlarının genişləndirilməsi Kənd Təəsrrüfatı Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər görülür. Camışlarda damazlıq seleksiya işlərinin yaxşılaşdırılması üçün elmi-tədqiqat işləri aparılır, həmçinin qaramalda olduğu kimi süni mayalanma edilir.
Respublika Süni Mayalanma Mərkəzində İran İslam Respublikasından idxal olunmuş iki baş-mürvah mənşəli camış saxlanılır. Onların toxumu süni mayalanma mütəxəssisləri vasitəsilə camışlıq təsərrüfatlarında istifadə olunur. Bu isə camışlarda damazlıq keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Bundan başqa ənənəvi olaraq camış südü və qatığı, inək südündən daha qiymətli qəbul olunur. Bunun qiyməti istehsalçının tələbini ödəyən səviyyədədir. Ona görə də hazırda Azərbaycanda qaramalın inkişafı ilə yanaşı, camışçılığın inkişafına xüsusi diqqət ayrılır. Hazırda əsasən, Kür-Araz ovalığında, Salyan, Neftçala, Sabirabad, Saatlıda camışlıq inkişaf edib”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024