Mobil versiya
"Onları "tok" vurmayıb..."
Tarix: 10-07-2017 | Saat: 12:39
Bölmə:Cəmiyyət | çapa göndər

"Onları "tok" vurmayıb..."



Ötən həftə İsmayıllı rayonun "Green house" istirahət mərkəzində iki nəfərin tok vurması nəticəsində dünyasının dəyişməsi hadisəsi geniş müzakirələrə səbəb olmuşdu.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan informasiyada dünyasını dəyişən şəxsləri xilas etməyə çalışan Zaur Əliyev və Eltəkin Umarovun da "tok" vuraraq xəstəxanaya yerləşdirildiyi qeyd olunmuşdu.

"Qafqazinfo" bu gün xəsarət alan hər iki şəxsin vəziyyəti ilə maraqlanıb və məlum olub ki, onları "tok" vurmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya bildirib ki, onlar qohumlarının ölümünü görərkən stress keçiriblər: "Eltəkin Umarova və Zaur Əliyevə heç nə olmayıb. Həyatları üçün təhlükə baş verməyib. Elə həmin gün də evlərinə gediblər".

Qeyd edək ki, faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, istirahət mərkəzində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə