Mobil versiya
Aclıq hissi olmadan süfrə arxasına keçməyin - FAYDALI MƏSLƏHƏT
Tarix: 08-07-2017 | Saat: 17:28
Bölmə:Media / Aia TV | çapa göndər

Aclıq hissi olmadan süfrə arxasına keçməyin - FAYDALI MƏSLƏHƏT


Bəzən ən keyfiyyətli ərzaq məhsulları ilə qidalandığımız halda onların faydasını lazımi qədər hiss etmirik. Və ortaya bir sual çıxır ki, niyə bəzi insanlar ərzaq məhsullarının faydalarından bəhrələnə bilir, digərləri isə yox. Cavab isə çox sadədir: düzgün qidalanmanın şərtlərinə əməl etmək lazımdır.

Modern.az saytı sağlamlıq mövzusu ilə bağlı növbəti yazıda düzgün qidalanmanın şərtlərini təqdim edir:

1. Aclıq hissi olmadan süfrə arxasına keçməyin. Cəmisi bir neçə gün buna əməl etsəniz növbəti günlərdə qidalanmanız sutka ərzində rejimə düşəcək.

2. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul edin.

3. Düzgün qidalanmanın əsas şərtlərindən biri ağız boşluğunda qidanın yaxşı çeynəlinməsidir.

4. Ayaqüstü qidalanmadan imtina edin.

5. Gündəlik qida rasionunu 2-3 dəfəyə deyil, 4-5 hissəyə bölün. Yəni az-az və vaxt baxımından tez-tez.

6. Qida rasionunuzun çox hissəsini günarta yeməyində qəbul edin.

7. Yeməkarası və yeməkdən dərhal sonra su və digər mayelər içməyin.

8. Köhnə yeməklərdən imtina edin, çalışın təzə hazırlanmış xörəklərlə qidalanasınız.

9. Qida rasionunuzda istər içkilərin, istərsə də ərzaqların təbii olmasına diqqət yetirin.

10. Və ən nəhayət, gün ərzində fiziki fəallığınızı və hərəkət etməyinizi təmin edin ki, qəbul etdiyiniz qidalar el dilində desək həzmi-rabedən keçsin.

Bu sadə şərtlərə əməl etməklə siz qəbul etdiyiniz ərzaq məhsullarının faydalarından yetərincə bəhrələnəcəksiniz.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə