Mobil versiya
6 ayda 138 kriminal qrup zərərsizləşdirilib
Tarix: 08-07-2017 | Saat: 13:36
Bölmə:Gündəm / Manşet | çapa göndər

6 ayda 138 kriminal qrup zərərsizləşdirilib


"Ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib".

Bu barədə iyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında səsləndirilib.

Bildirilib ki, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitə çıxarılıb. Bu əməllərə görə 34 cinayətkar qrup zərərsizləşdirilib, 1302 şəxs məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024