Mobil versiya
“Minsk qrupunun bəyanatı Azərbaycanın artan nüfuzundan xəbər verir”
Tarix: 07-07-2017 | Saat: 18:57
Bölmə:Siyasət | çapa göndər

“Minsk qrupunun bəyanatı Azərbaycanın artan nüfuzundan xəbər verir”


ATƏT Minsk qrupunun həmsədrləri Alxanlıdakı hadisə ilə bağlı ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyini, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğunu aydın şəkildə etiraf etdilər.

Bu isə o deməkdir ki, həmsədrlər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin son təxribatının danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablandığını qeyd edirlər.

Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular. Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra atəşkəs sazişinə riayət olunması barədə çağırışı isə bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, həmsədrlərin məsələyə bu cür münasibəti Azərbaycanın dünyada artan nüfuzu ilə bağlıdır: "Alxanlı kəndində baş verən hadisəyə beynəlxalq ictimaiyyətin münasibəti Azərbaycanın dünyada olan nüfuzu ilə bağlıdır. Dövlətçiliyin inkişafında və müasir qaydaların tətbiqində qonşu dövlətlərlə dost münasibətlərdə olan ölkəmiz haqqında artıq dünyada kifayət qədər məlumat var. Bu gün Dağlıq Qarabağ məsələsi barəsində də məlumatlandırma davam edir. Alxanlıda 2 yaşlı körpənin Ermənistan hərbçilər tərəfindən öldürülməsi dünya dövlətlərinin kəskin etirazına səbəb oldu. Etirazlar və ATƏT-in Minsk qrupunun bəyanatı bir tərəfdən Azərbaycanın dünya üçün həm də nə qədər önəmli olduğunu, bir tərəfdən də Ermənistan siyasətinin iç üzünün açılmasını şərtləndirdi. Müharibənin qanunlarına görə, dinc əhaliyə qarşı savaş aparmaq olmaz. Ermənsitanın bu hərəkəti Azərbaycanı adekvat cavab verməyə vadar etmək idi. Lakin Azərbaycan bunu etmədi. Bu cür çirkin siyasəti planlaşdıranlar peşman olacaqlar". Publika.az

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024