Mobil versiya
Taleh Bağırovun apellyasiya şikayətinə baxıldı
Tarix: 07-07-2017 | Saat: 18:27
Bölmə:Gündəm | çapa göndər

Taleh Bağırovun apellyasiya şikayətinə baxıldı


Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Müsəlman Birliyi adlı təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət qaldırıb. Müdafiə tərəfi prosesin qismən istintaqla aparılmasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.

İş üzrə növbəti proses iyulun 13-ə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər - T.Bağırov və Abbas Hüseynov 20 il, F.Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T.Bağırov və təşkilatın digər üzvləri - R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaran qəsəbəsində keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi. Əməliyyat nəticəsində 2 nəfər polis əməkdaşı olmaqla, 6 nəfər həlak olmuşdu. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunublar.

Nardaran hadisələrində təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunub. Trend.az


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə