Mobil versiya
Düşmən Goranboyu atəşə tutub - 15 evə ziyan dəyib (Yenilənib)
Tarix: 7-07-2017, 18:00 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Düşmən Goranboyu atəşə tutub - 15 evə ziyan dəyib (Yenilənib)



Bu gecə Ermənistan silahlı qüvvələrinin Goranboyun Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində 15 evə ziyan dəyib.

Bu barədə AzVision.az-a kənd bələdiyyəsinin sədri Rafiq Yusifov bildirib. Onun sözlərinə görə, hazırda kənddə sakitçilikdir.

“Ermənilər gecə saatlarında kəndi atəşə tutmağa başladılar. Düşmən tərəfindən atılan güllələr bir neçə evin dam örtüyünə ziyan vurub. İtki və təlafat yoxdur”.

***

Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib. İtki və tələfat yoxdur.

Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.(APA)


AİA.az



5387 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
12-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930