Mobil versiya
Qarabağda 3 erməni hərbçi ağır yaralanıb
Tarix: 07-07-2017 | Saat: 17:55
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Qarabağda 3 erməni hərbçi ağır yaralanıb


Ermənistanın Qarabağda yerləşən qondarma komandanlığın yaydığı məlumata görə, Azərbaycan ordusunun cavab zərbələri nəticəsində 3 erməni hərbçi ağır yaralanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Robert Novruz Qasparyan (1969-cu il), Hambardzum Karapet Harutyunyan (1997-ci il) və Vahe Qaqik Bağdalyan (1998-ci il) müxtəlif dərəcəli qəlbə yaraları alıb.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024