Mobil versiya
"Elmə həvəsi olan gənclər az deyil, onları elmə cəlb etmək lazımdır"
Tarix: 07-07-2017 | Saat: 13:00
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Elmə həvəsi olan gənclər az deyil, onları elmə cəlb etmək lazımdır"


"Ölkəmizdə elmə həvəsi olan gənclərin sayı az deyil, onları Azərbaycan elminə cəlb etmək lazımdır".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın ilk magistrlərinin "Məzun günü"ndə çıxışı zamanı deyib.
A.Əlizadə bildirib ki, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır.

Onun sözlərinə görə, akademiyada magistratura pilləsinin yaradılması ilə bağlı işlərə pilot layihə çərçivəsində başlanılıb: "Birinci qəbul ilində AMEA-nın magistraturasına qəbul olmaq üçün 400-ə yaxın bakalavr müraciət edib. İlk qəbulda 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul olub. Onlardan 1 nəfəri hərbi xidmətə yollanıb, 18 nəfər isə təhsilini uğurla davam etdirərək magistr adı alıb".

A.Əlizadə deyib ki, AMEA-nın magistraturasına maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə qəbul olmaq üçün 1700-dən çox bakalavr müraciət edib və son məlumata əsasən, onlardan 67-si qəbul olunub".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024