Mobil versiya
Ərəblərdən İmişli sakinlərinə – VƏD
Tarix: 22-10-2015 | Saat: 16:23
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Rayonun icra başçısı danışdı.

2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olub və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildiriblər.
Bu barədə İmişlidə keçirilən iclasda rayonun icra başçısı Vilyam Hacıyev bildirib.

“Belə ki, onlar rayon ərazisində Kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisi, heyvandarlığın inkişafı ilə bağlı layihələr də artıq reallaşmaq üzrədir” - deyə, V. Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Belçikalı sahibkarlar rayonda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırıblar:

“2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanıb. Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olub və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonunda “Holland Pendiri süd və süd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırılıb”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024