Mobil versiya
Füzulidə Aqropark yaradılır
Tarix: 07-07-2017 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Füzulidə Aqropark yaradılır



Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonu ərazisində də Aqroparkın yaradılmasına start verilib.
Bu məqsədlə rayonun inzibati ərazisinə aid olan əvvəllər kortəbii şəkildə istifadə olunan dövlət qış otlaq fondu torpaqlarından 2700 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Aqroparkın istifadəsinə verlib.

Hazırda 2700 hektar ərazini əhatə edəcək aqroparkda 11 ədəd müasir pivot sistemi gətirilib, infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılıb. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək. Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək. "Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq.

Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024