Mobil versiya
Novruz Aslanov: “Qızıl Xaç Komitəsinin nümayəndələri Füzuliyə gedib, nəticə gözləyirik”
Tarix: 06-07-2017 | Saat: 11:46
Bölmə:Siyasət | çapa göndər

Novruz Aslanov: “Qızıl Xaç Komitəsinin nümayəndələri Füzuliyə gedib, nəticə gözləyirik”



“İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun 50 yaşlı nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı Qızıl Aypara Cəmiyyəti Füzulidəki bölməsinə müvafiq göstərişlər verib”.

Bunu Modern.az-a açıqlamasında Qızıl Aypara Cəmiyyətinin sədri, deputat Novruz Aslanov bildirib:

“Qızıl Aypara Cəmiyyətinin Füzulidəki bölməsində qiymətləndirmə prosesi keçirilib. Buna əsasən Qızıl Aypara Cəmiyyəti 2 yaşlı Zəhra Quliyevanın ailəsinə nə kömək lazımdırsa, edəcək. Bu barədə artıq müzakirələrə başlamışıq və aktiv fəaliyyətdəyik. Atəşkəsin pozulması nəticəsində xüsusilə dinc əhaliyə qarşı təxribatlar insanlığa sığmayan bir şeydir. Xocalıdan tutmuş bu günə kimi bu, neçə illərdir belədir. Qızıl Aypara Cəmiyyəti öz nimzamnaməsinə və missiyasına uyğun olaraq artıq hadisə baş verən gün öz işinə başlayıb. Nümayəndələrimiz bizi daimi olaraq məlumatlandırırlar.
Amma beynəlxalq aləmdə bu işin tanınması, ermənilərin qəsbkarlığı və təcavüzkarlığı , uşaqların ölümünə bais olmaları ilə birbaşa Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məşğul olur. Biz artıq onlarla da əlaqə saxlamışıq. Qızıl Xaç Komitəsi Füzuliyə səfər edib və orada müəyyən görüşlər keçirilir. Nəticəsi barədə ya bu gün ya da sabah məlumat veriləcək”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024