Mobil versiya
Mehriban Əliyeva 2 yaşlı Zəhranın qətlindən yazdı
Tarix: 06-07-2017 | Saat: 11:38
Bölmə:Gündəm / Manşet | çapa göndər

Mehriban Əliyeva 2 yaşlı Zəhranın qətlindən yazdı



Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli rayununun Alxanlı kəndində 2 yaşlı Zəhra Quilyeva və nənəsi Sahibə Quliiyevanın işğalçı Ermənistan silahlı qüvvələrin tərəfindən qətlə yetirilməsinə münasibət bildirib.

AİA.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı özünün "Twitter" səhifəsində yazıb:

"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!"


Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alıxanlı kəndini ağır silahlardan atəşə tutub. Hadisə nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Mülki obyektlərə ciddi ziyan dəyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024