Mobil versiya
Bakıda Zəhraya görə yürüş olacaq
Tarix: 05-07-2017 | Saat: 15:52
Bölmə:Gündəm | çapa göndər

Bakıda Zəhraya görə yürüş olacaq


2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah, 6 iyul çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, yürüş "Bridge Plaza"dan başlayacaq.

“Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər. Hamınızı aktiv olmağa çağırırıq”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024