Mobil versiya
Bakıda növbəti həkim məsuliyyətsizliyi: Ana doğuş zamanı qanaxmadan öldü - FOTO
Tarix: 05-07-2017 | Saat: 11:35
Bölmə:Səhiyyə | çapa göndər

Bakıda növbəti həkim məsuliyyətsizliyi: Ana doğuş zamanı qanaxmadan öldü - FOTO



Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.

AİA.Az xəbər verir ki, bu haqda azxeber.com-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.

Onların dediyinə görə, Turanə Məmmədova "Qara Qarayev"də yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.

Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun uşağı isə dünyaya gəlib.

"Qara Qarayev" Xəstəxanasından portalımıza deyilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək.

Xəstəxanada dünyasını dəyişən xanımın fotosunu təqdim edirik:


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024