Mobil versiya
Ermənilərin qətlə yetirdiyi azyaşlı Zəhra və nənəsi Sahibə Quliyeva - FOTO
Tarix: 05-07-2017 | Saat: 11:15
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ermənilərin qətlə yetirdiyi azyaşlı Zəhra və nənəsi Sahibə Quliyeva - FOTO


Dünən erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib.

AİA.az virtualaz.org-a istinadən qətlə yetirilmiş2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın fotosunu təqdim edir.


Xatıdladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024