Mobil versiya
Əli Əliyev: “Azərbaycanda Prezident seçkilərinin vaxtı önə çəkilə bilər”
Tarix: 04-07-2017 | Saat: 17:02
Bölmə:Siyasət | çapa göndər

Əli Əliyev: “Azərbaycanda Prezident seçkilərinin vaxtı önə çəkilə bilər”



Xəbər verdiyimiz kimi, Vətəndaş və İnkişaf Partiyası (VİP) 2018-ci ildə keçiriləcək Prezident seçkilərində öz namizədiilə - sədr Əli Əliyevlə iştiraka qərar verib. Bununla da VİP Azərbaycanda seçki marafonuna start verən ilk siyasi təşkilat olub.

VİP sədri, Prezident seçkilərinə namizədliyi irəli sürülmüş Əli Əliyev Modern.az-a açıqlamasında prosesin erkən baş tutacağının gözlənilə biləcəyi barədə ehtimal irəli sürüb.


O bildirib ki, hakimiyyətdaxili vəziyyət, beynəlxalq və sosial-iqtisadi maliyyə durumu ölkəmizdə keçiriləcək prezident seçkilərinin vaxtını önə də çəkə bilər.

“Bizim ehtimalımıza görə, 2017-ci ilin ikinci yarısında Prezident seçkilərinə strat verilə bilər. Bu məsələləri əsas götürüb, partiyanın qurultayında qərara gəldik ki, seçkilərə bir il qalmış marafona start verilməsi optimal vaxtdır. Çünki partiyaların məhdud resursları, təşkilati işlər, planların həcmi siyasi qurumlara seçkilərə bir az da tez başlamağa zəmin yaradır. Bu, ümumən Azərbaycan praktikası üçün gec görünə bilər. Ancaq normal seçkilərə hazırlaşmaq üçün ən azı 2-3 il əvvəl namizəd müəyyənləşməlidir. Seçkilərə münasibət ortada olmalıdır. Bu baxımdan cədvəl üzrə növbəti seçkilərə bir il qalmış strat vermişik. Hesab edirəm ki, partiya Məclisi namizədi müəyyən etməkdə çox haqlıdır”.

Ə.Əliyev Vətəndaş və İnkişaf Partiyasında artıq Prezident seçkilərinə hazırlığın aparıldığını qeyd edib.

“Partiyanın təşviqatçı korpusu, seçki günü işlərini həyata keçirəcək heyəti, imzatoplama kampaniyasının rəvan keçməsi üçün daxili resursların sistemləşdirilməsi və digər mexanizmləri işə salmaq niyyətindəyik”.

Xatırladaq ki, Azərbaycanda Prezident seçkilərinin 2018-ci ilin oktyabrında keçirilməsi planlaşdırılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024