Mobil versiya
Bakıda biabırçılıq: ayağı qırılan kişi küçənin ortasında qaldı
Tarix: 4-07-2017, 15:59 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Bakıda biabırçılıq: ayağı qırılan kişi küçənin ortasında qaldı



Ötən gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AİA.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.

Belə ki, 10 NJ 071 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. Zərbədən piyadanın ayağı sınıb.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, təcili tibbi yardıma zəng olunan zaman operator həmin ərazidə yalnız bir ambulansın olduğunu bildirib. Qəzanın baş verdiyi anda isə təcili tibbi yardımın əməkdaşları başqa bir xəstənin ünvanında olublar. Bu səbəbdən operator zəng edən əməkdaşımıza ambulansın yalnız digər xəstənin ünvanından çıxdıqdan sonra gələ biləcəyini deyib.

Gərgin anlar isə 58-AC-071 nömrəli təcili tibbi yardım maşınının hadisə yerinə gəlməsindən sonra yaşanıb. Belə ki, xəsarət alan piyada ambulansa yerləşdirilən zaman çətinlik yaranıb. Buna səbəb isə tibb işçilərinin xərəyin maşına necə yerləşdirəcəklərini bilməməsi olub. "Qəliz proses" 5 dəqiqə vaxt aparıb ki, bu da yaralının yaxınlarının etirazına səbəb olub. Daha sonra maşınla vurulan şəxs 3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılıb.

AİA.az



5454 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930