Mobil versiya
Bakını ağcaqanadlar bürüyüb - “JEK”lər dezinfeksiyadan imtina edib
Tarix: 3-07-2017, 17:33 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Bakını ağcaqanadlar bürüyüb - “JEK”lər dezinfeksiyadan imtina edib



Yay fəsli bütün həşəratların aktiv vaxtıdır. Xüsusilə insanların narahatlığına, yuxusuz gecələrinə səbəb olan ağcaqanadların peyda olması aktual problemə çevrilir.

Ağcaqanadların çoxu insana hücum etmir. Onların yalnız dişiləri insanların qanını soraraq yaşayır. Dişilər də insanların qanını öz yumurtalarını çıxarmaq, zülalla təmin edə bilmək məqsədiylə sorarlar. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilsə də, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları var.

Son zamanlar Bakı şəhərində ağcaqanadların sayı artıb. Bu da əhalinin narahatlığına səbəb olur. Əvvəllər yaşayış binaları ətrafında, müəyyən ərazilərdə bu həşəratlara qarşı dezinfeksiya işləri aparılırdı. Bəs indi vəziyyət necədir? Ağcaqanadlarla mübarizə üçün hər hansı tədbir görülürmü?

Öncə ağcaqanadların artma səbəblərini müəyyən edək. Biologiya üzrə elmlər doktoru Nəsib Namazov Modern.az-a açıqlamasında bildirib ki, ağcaqanadlar ən çox axmaz su mənbələrində, qamışlıqda, su axarı olmayan yerlərdə olur:

“Şəhərlərdə adətən zirzəmilərdə ağcaqanadlar daha çox olur və onlar 12 aya inkişaf edir. Əvvəllər tonlarla xlorlu, fosforlu üzvü birləşmələr gəlirdi və rayonlarda gigiyena və epidemologiya mərkəzlərinə mövsümlə bağlı əlavə ştatlar verilirdi. Bu ştatların sayı müəyyən yerlərdəki vəziyyətə uyğun olaraq martdan sentyabra kimi ola bilirdi. Hər gün seysematik mübarizə getdiyi üçün əvvəllər ağcaqanadlar az idi. Son zamanlar bu cür tədbirlər təxirə salındığına görə ağcaqanadların inkişafı qaçılmazdır”.

Doğurdanmı ağcaqanadlara qarşı hər hansı tədbir görülmür?

Modern.az saytı məsələni aydınlaşdırmaq üçün Respublika Dezinfeksiya Mərkəzi ilə əlaqə yaradıb. Mərkəz əməkdaşının sözlərinə görə, ağcaqanadlarla mübarizə aparmaq üçün onlar Bakı Mənzil Kommunal Təsərrüfat birlikləri ilə müqavilə bağlamalıdırlar. Lakin hazırda heç bir müqavilədən söhbət gedə bilməz:

“Mənzil Kommunal Təsərrüfat birlikləri əvvəl bizim tabeliyimizdə olan təsərrüfat müəssisələri ilə müqavilə bağlayırdılar. Buna uyğun olaraq müəssisələrimiz rayon ərazilərində işlər aparırdı. Təkcə ağcaqanadlara qarşı yox, həm də gəmiricilərə qarşı mübarizə gedirdi.

Sadəcə olaraq son zamanlar Mənzil Kommunal Təsərrüfat birlikləri bizimlə müqavilə bağlamaqdan imtina ediblər. Bizdə olan məlumata görə, onlar hansısa özəl müəssisələrlə müqavilə bağlayırlar. İşlərin nə dərəcədə getdiyini bilməsək də, sakinlər çox narazılıq edir. Onların gördüyü işlərin heç bir nəticəsi olmadığı üçün sakinlər bizə müraciət edirlər”.

AİA.az



5402 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031