Mobil versiya
Artur Rasizadə daha bir qərarını ləğv etdi
Tarix: 22-10-2015 | Saat: 12:28
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Nazirlər Kabineti məlumat yaydı.

Baş nazir Artur Rasizadə “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarını ləğv edib.

Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib.

Nazirlər Kabinetindən bildirilib ki, qərarın ləğvi “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 22 may 2015-ci il tarixindən imzaladığı fərmanı icra etmək məqsədi daşıyır.

Onu da qeyd edək ki, ləğv olunan qayda sənədi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisində tikinti norma və qaydalarına, müvafiq qaydada təsdiq edilmiş layihə sənədlərinə və normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində yol verilmiş pozuntuların qarşısının alınması və aradan qaldırılması məqsədilə tikinti işlərinin dayandırılması mexanizmini müəyyən edirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024